Məhərrəm Sabir oğlu Əliyev
PSİXOANALİTİK NƏZƏRİYYƏ PERSPEKTİVİNDƏ İNTİHAR PROBLEMİ
Xülasə. Psixoanalitik nəzəriyyə şüursuz konfliktin rolunu qeyd edərək
intihara əsaslı görüşü təklif edir. Özünü məhvedici meyllərin müəyyən edilməsində
erkən münasibətlərin və daxili obyektlərin önəminə vurğu edir. İlkin uşaqlıq
xatirələrinin sıxışdırılmış travmalara çevrilməsinin gələcəkdə aqressivlik şəklində
insanın özünə yönələ biləcəyi ehtimalına yer verir. Müasir tədqiqatların və
tibbi praktikanın əlaqəsi sayəsində psixoanaliz intihar probleminin sirrini
çözməyə və bu zəmində ümidini itirənlərə ümid verməyə davam edəcək.
Açar sözlər: intihar, psixoanaliz, şüursuzluq, ölüm və həyat
instinkti, özünə zərərvermə, özünüməhv
