Tura Əli qızı Əliyeva

MƏKTƏBDƏ İNTELLEKTUAL İNKİŞAFI LƏNGİYƏN AUTİST-YENİYETMƏLƏRİN DİAQNOSTİKASI

Xülasə. Mətndə göstərilir ki, autizmin ən ümumi xarakteristikaları arasında sosial qarşılıqlı əlaqələrdə, dil və ünsiyyət bacarıqlarında çatışmazlıq, təkrar­lanan davranışlar, eyniliyə həddindən çox bağlılıq kimi xü­su­siyyətlər yer almaqdadır. Əqli geriliyi olan şagirdlərin diaqnostikası zamanı onların koqnitiv qabi­liy­yət­lə­ri­nin məhdud olması, onun uşaqların təlim fəaliyyətinə təsiri, normal həmyaşıdlarına nisbətən onların mə­nim­səmə imkanlarının zəif olması nəzərə alınmalıdır. Bu vaxt yadda saxlamaq lazımdır ki, proqram materialları ağırlaşdırıldıqda autist-uşaqların əqli və intellektual inkişafları ləngiyir.

Açar sözlər: intellektual inkişaf, autist yeniyetmə, fəaliyyətin monitorinqi, funksional diaqnostika, alqoritmik diaqnostika.

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI