Elnurə Fazil qızı Səfərova, Günel Əlimövsüm qızı Məmmədova
BİOLOGİYA DƏRSLƏRİNDƏ STEAM METODİKASININ ZƏRURİLİYİ
Xülasə. Biologiya təhsilində STEAM-in rolu çox
vacibdir, çünki bu metod, şagirdlərin yalnız biologiyaya aid məlumatı əldə
etmələrini deyil, eyni zamanda problemləri həll etmələrini, yaradıcılığı, əməkdaşlığı
və kritik düşüncəni inkişaf etdirmələrinə kömək edir. Biologiya dərslərində
STEAM metodologiyasının istifadəsi zəruriliyi ondan ibarətdir ki, şagirdlərin
məlumatı sadəcə əzbərləməkdən çox, onu dərin anlama və tətbiq etməyə imkan
verir. Bu yanaşma, şagirdlərin real dünya problemlərini anlama və həll etmə
bacarıqlarını inkişaf etdirmələrinə kömək edir. Təhsilin müasir dünya tələbləri
ilə əlaqələndirilməsi: Şagirdlərin gələcək həyatları üçün 21-ci əsr
bacarıqlarının əhəmiyyətini nəzərə alaraq, müəllimlər tənqidi təfəkkür,
yaradıcılıq, ünsiyyət və komanda işinin inkişafını STEAM təlimatına
inteqrasiya edirlər. Bu bacarıqlar konstruktiv müzakirə və əməkdaşlığı təşviq
edir. Müəllimlər şagirdləri sərbəst şəkildə araşdırma və sınaq keçirməyə imkan
verir.
Açar sözlər: biologiya, STEAM, dərs, metod,
şagird.
