Pərviz Nazir oğlu Quliyev, Rühəngiz Məzahir qızı Əsgərova

ÜMUMTƏHSIL MƏKTƏBLƏRİNDƏ ŞAGİRDLƏRİN FİZİKİ VƏ MƏNƏVİ İNKİŞAF PROSESİNDƏ AZƏRBAYCANIN UĞURLU İDMAN SİYASƏTİNİN ROLU

Xülasə. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə oldu­ğu kimi, təhsil siste­mində də aparılan islahatlar bir sıra dəyişikliklərə, yeniliklərə və modernləşmələrə səbəb olmuşdur. Ölkə­mizdə təhsil sisteminin dünyanın tanınmış qabaqcıl ölkələrin təhsilinə inteqrasiyası fiziki tərbiyə və idman üzrə ixtisas fənlə­rinin məzmununu müasir tələblərə uyğun şəkildə yeniləşməsini qarşıya qoymuşdur. Müs­təqilliyimiz dövründə fiziki tərbiyə və idmanın inkişaf tarixinin və müxtəlif aspektlərin tədqiq olun­maması gənc nəslin sağlamlığı və pedaqoji kadrların müasir tələblərə uyğun hazırlığı uğrunda bir sıra çətin­likləri qarşıya qoyur.

Açar sözlər: idman inkişafı, fiziki və psixi sağlamlıq, nailiyyətlər, fiziki tərbiyə, şagirdlər

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI