Umut Ölmez Ali oğlu

AUTİZM SPEKTR POZUNTULU UŞAQLARIN TƏHSİLƏ CƏLB EDİLMƏSİ VƏ TƏTBİQ EDİLƏN PEDAQOJİ YANAŞMALAR

Xülasə. Autizm spektr pozuntulu uşaqların təhsilə cəlb olunması və onların bu prosesdə daha effektiv nəticələr əldə etməsi müasir təhsil prosesinin, müxtəlif yanaşmalarının, eləcə də təhsil və sosial psixologiyanın qarşısında duran vacib məsələlərdən biridir. Amerika Birləşmiş Ştatları Xəstəliklərlə mübarizə və nəzarət mərkəzinin statistik hesablamalarında hər 36 uşaqdan birinin autizm spektr pozuntusunu hər hansı bir formasından əziyyət çəkdiyi göstərilir. Dünya əhalisinin hər 100.000 nəfərə düşən göstərici 788,3 nəfər təşkil edir. Bu isə kifayət qədər problemin ciddi və aktual olduğunu bir daha vurğulayır. Həmin uşaqların təhsilə cəlb olunması, inklüziv təhsil proqramlarında onların da nəzərə alınması isə müasir pedaqogika və psixologiya elmini daha çox düşündürür və tədqiqatların zəruriliyinə gətirib çıxarır. Bu məqalə mövcud problemin yerli və beynəlxalq ədəbiyyatda işlənməsini təhlil edərək müqayisəli təsvirlər təqdim edir.

Açar sözlər: autizm spektr pozuntusu, inklüziv təhsil, müasir təhsil yanaşmaları, məktəb mühiti, dəstəkləyici mühit

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI