Məhərrəm Sabir oğlu Əliyev

İNTİHAR (SUİSİD) ANLAYIŞI VƏ ONUN MAHİYYƏTİNİN PSİXOLOJİ TƏHLİLİ

Xülasə. Məqalədə “intihar” (suisid) anlayışının mənşəyi haqqında məlumat verilir, müxtəlif təd­qi­qat­çı­ların ona verdiyi təriflər şərh olunur. Psixoloji, sosioloji və fəlsəfi elmi istiqamətlərin bəzi nüma­yən­də­lə­rinin intiharla bağlı təsəvvürləri təhlil olunur və onun mahiyyəti aşkar olunur. Bir tərəfdən, bioloji, psixoloji, psi­xopatoloji və sosioloji yanaşmalar istiqamətində, digər tərəfdən isə, tibbi, sosiomədəni və ekoloji modellər çər­çivəsində intihar davranışının mahiyyəti izah olunur. İntiharın 7-li (7 addımlı) preventiv modeli əsasında mü­vafiq əmələ qərar qəbulu kimi yanaşılmasının irəlidə problemin həlli yönündə perspektivli zəmin ha­zır­laya biləcəyinə vurğu edilir.

Açar sözlər: intihar, tibbi model, sosiomədəni model, ekoloji model, intiharın 7-li (7 addımlı) preventiv modeli, Qeyri-tarazlıq psixologiyası

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI