Gülnarə Həmzəbəyovna Əlixanova

“MƏN - OBRAZ” IN DİALOQ YOLU İLƏ İNKİŞAFININ PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Xülasə. Məqalədə “mən – obraz”in strukturu ilə bağlı fikirlər təqdim olunur, “mən – obraz”ın təkcə so­sial deyil, həm də sosial-mədəni cəhətdən müəyyən edilmiş məzmununun ehtiva edilməsi problemi açıq­la­nır. Dialoq vasitəsi nəticəsində “Mən – obraz” inkişafının effektivliyi əsaslandırılır. Ontogenezin müxtəlif mər­hələlərində “mən – obraz” in inkişafının xüsusiyyətləri göstərilir. İnsanın özünü dərk etməsi problemi bü­tün dövrlərdə alimlərin diqqətini cəlb etmişdir. Problem tədqiqatçı filosof və psixoloqlar tərəfindən müx­tə­lif cür izah edilmişdir. Bir insanın özü haqqında fikirləri həyatda qazandığı təcrübənin təsiri altında dəyişmək imk­anına malikdir. Eyni zamanda onun digər insanlarla ünsiyyət qurması, sosial-mədəni vəziyyətinin dəyişməsi, motivlərin təsiri problemini yaşaması, özünü dərketmə dərəcəsi və qabiliyyəti əsasən subyektiv xarakter daşıyır.

Bununla belə, özünüdərketmənin dərinliyi və çoxşaxəliliyi, sabitlik dərəcəsi, bu cür özünüdərketmənin kons­truktivlik səviyyəsi insanın həyat yoluna, seçimlərinə, hərəkətlərinə, məqsəd qoymasına və nailiy­yət­lərinə birbaşa təsir göstərə bilir. İnsanın inkişafı üçün sosial-normativ göstərişlərlə səciyyələnən müasir sosial-mədəni şərait onun dünyada, digər insanlarla münasibətlərdə öz yerini dərk etməsi prosesini çə­tin­ləş­dirir ki, bu da təbii ki, “mən – obraz”in formalaşmasına özünün mənfi təsirini göstərir. Müasir sosial-mə­də­ni şəraitdə “Mən – obrazı”ın inkişafının qanunauyğunluqlarını və xüsusiyyətlərini dərk etmək fərdiliyin, şəx­siy­yətin və insanın müxtəlif yaş mərhələlərində subyekt kimi inkişafının təşkilində mühüm amillərdən biridir.

Açar sözlər: “obraz - mən”, dialoq, sosioloji model, mən – obraz, subyekt, konseptual məzmun, anlayışlar konteksti.

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI