Əminə Ruhulla qızı Əliyeva
POSTMÜHARİBƏ DÖVRÜNDƏ QAZİLƏRDƏ YARANAN PSİXOPATOLOJİ POZUNTULAR
Xülasə. Müharibə bir sıra cəmiyyətlərin
yaşadığı fəlakətlərdən biri olmaqla yanaşı, qazilərin psixi vəziyyətində
qalıcı neqativ təsirlər buraxan travmatik bir hadisədir. Qazilər digər
qruplardan fərqli olaraq, fəal döyüşə qatılmaları və ölüm qorxusunun davamlı
yaşamaqları nəticəsində daha dərin travmatik təsirlər yaşayırlar. Qazilər,
müharibənin çoxsaylı aspektlərini birbaşa yaşayan şəxslər kimi xüsusən risk
altındadır. Bu məqalənin əsas məqsədi, qazilərdə yaranan psixopatoloji
pozuntuları təhlil edərək, bu pozuntularla mübarizədə effektiv olan
strategiyaları öyrənməkdir.
Açar sözlər: posttravmatik stress
pozğunluğu, komorbidlik, residiv, emosional donma
