Mətanət Fariz qızı Həsənova
MÜASİR
DÖVRDƏ YENİYETMƏLƏRDƏ PEŞƏSEÇİMİNİN PSİXOPEDAQOJİ MƏSƏLƏLƏRİ
Xülasə. Müasir cəmiyyətdə baş verən sosial-iqtisadi
və siyasi dəyişikliklərin mənfi təsirləri bir çox cəhətdən yeniyetməlik
dövrünün böhran hadisələrini kəskinləşdirir, yeniyetmələrin daxili psixoloji
ehtiyatlarının aktivləşdirilməsi zərurətini aktuallaşdırır, onlara mühüm
qərarlar qəbul edərkən xarici mühit təsirlərinə münasibətdə subyektiv mövqe
tutmağa imkan verir. Yeniyetməlik dövründə qəbul edilən bu cür qərarlara, ilk
növbədə, peşə seçimi və peşəkar özünü həyata keçirmə ilə bağlı qərarlar
daxildir. Təlim və tərbiyə prosesində
yeniyetmənin müxtəlif peşə fəaliyyət sahələri haqqında məlumat əldə etməsi,
həyat və peşə yolunu seçmək üçün obyektiv fikirlərin formalaşması vacibdir.
Yeniyetmə lazımi əsas bilikləri, müxtəlif peşələr və cəmiyyətin ehtiyacları
haqqında məlumatları onun yerləşdiyi təhsil mühitindən almalıdır ki, bu
yeniyetmənin düzgün peşə seçimini etməyə imkan verəcəkdir.
Açar sözlər: yeniyetmə,
peşə seçimi, təlim, şəxsi xüsusiyyətlər
