Xavərxanım Ağamehdi qızı Bakıxanova

TƏHSİLDƏ SÜNİ İNTELLEKTİN SOSİO-EMOSİONAL KOMPETENSİYALARIN İNKİŞAFINA TƏSİRİ

Xülasə. Süni intellekt həyatımızın ayrılmaz hissəsidir desək yanılmarıq. Gündəlik həyatımızda elə bir sahə yoxdur ki, texniki vasitələrdən istifadə etməyək. Əvvəllər bunun həyatımızı asanlaşdıran elmi yeniliklər kimi qəbul etsək də, günümüzdə texnologiyanın bu qədər sürətlə inkişafı və həyatımıza müdaxiləsi müəyyən suallar barədə elm adamlarının düşünməsinə gətirib çıxarır.

Bilirik ki, insan sosial varlıqdır. Daim digər insanlarla münasibətdə, ünsiyyətdə olması labüddür. Hətta gənclərin rastlaşdıqları müxtəlif problemlərin səbəbini sosio-emosional kompetensiyaların inkişafına daha az vax­tın ayrılması hesab olunan bir dövrdə süni intellekt vasitələrinin təhsil həyatına sürətlə uyğunlaşdırılma­sının doğruluğu elm adamları tərəfindən birmənalı qarşılanmır. Araşdırmalar sübut edir ki, bir vaxtlar taba­şir, adi lövhə, maqnitafon, kaset, televizor təhsil sistemində əsas vasitə hesab olunsa da, günümüzdə bu vasi­tələri ağıllı lövhələr, kompüter, planşetlər əvəz edir. Bu cür yeni texniki vasitələrin təhsil sistemində tətbiqi nəti­cəsində informasiyanın daha əlçatan olması və milyonlarca mənbəyə istinad etməyin mümkünlüyü təh­silalanlar tərəfindən daha uğurlu nəticələrin əldə olunmasına gətirib çıxardı. Günümüzdə robotların təhsil həya­tına daxil olunmasını dəstəkləyən nəzəriyyələrin yaranmağa başlaması (W. Holmes, M. Bialik, C. Fadel, K. Porayska-Pomsta) sosio-emosional kompetensiyaların inkişafına törədə biləcək maneələr barədə düşün­məyə vadar edir.

Açar sözlər: süni intellekt, sosio-emosional kompetensiyalar, iş, təhsil, inkişaf

Cild 92, №2 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI