Aydın Xalid оğlu Kərimov

BACARIQLAR VƏ KOQNİTİV BACARIQLAR

Xülasə. Məqalədə insan bacarıqlarından bəhs olunur. Bacarıqlar insanın hərəki və ya əqli imkanlara yi­yə­lən­məsi üçün ic­ra etdiyi hərəkətləri müvafiq qaydada yerinə yetirməsi kimi şərh edilir. Göstərilir ki, fəaliyyət pro­se­sində yeni bacarıqlarla yanaşı yeni biliklər çalışma, tapşırıq, oyun, təmrin, test, layihə və s. vasitəsi ilə for­ma­la­şır. Məqalədə aparılan təsnifatlaşdırmada bacarıqlar dərketmə, təlim, əmək, təşkilati, kommunikativ və s. sahələrə ay­rılır. Bacarıqların əsasında duran motor bacarıqların psixofizioloji xüsusiyyətləri izah edilir. Göstərilir ki, motor ba­carıqlar olmadan digər bacarıqlar da inkişaf edə bilməz. Məqalədə, həmçinin koqnitiv bacarıqların da təs­ni­fat­laş­dırılması aparılır. Təsnifatda sensor sinqalların qəbul edilməsi, diqqət, hafizə, təfəkkür, nitq kimi idrak pro­ses­lə­ri üzrə formalaşan koqnitiv bacarıqların qısa izahı verilir. Burada diqqət mərkəzinə gətirilən digər məsələ koqnitiv ba­carıqların tətbiqini stimullaşdıran digər psixoloji quruluşlarla bağlıdır. Qeyd edilir ki, sosial – koqnitiv ba­ca­rıq­lar kimi ayırd edilən bu bacarıqlara motivləşmə, komandada işləmək, özününizamlama, təşkilatçılıq, məq­səd­qoy­ma, qərar qəbuletmə, sosial intellekt, emosional intellekt, sosial rol davranışı və s. daxildir. Nəticədə bacarıqların in­san həyatında, peşəkar fəaliyyətindəki mühüm rolu qeyd edilir.

Açar sözlər: bacarıq, motor bacarıq, koqnitiv bacarıq, koqnitiv qabiliyyət, sosial-koqnitiv bacarıqlar, öy­rənmə, mənimsəmə, sensor siqnallar, diqqət, hafizə, məntiqi düşünmə, dil

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI