Nərmin Vilayət qızı İbrahimli
RƏQƏMSAL DÖVRDƏ MÜƏLLİMİN ROLU VƏ PEDAQOJİ FƏALİYYƏTİN TRANSFORMASİYASI
Xülasə. Bu məqalədə rəqəmsal dövrdə müəllimlərin rolu və pedaqoji fəaliyyətin mahiyyətində baş verən dəyişikliklər araşdırılır. Texnologiyanın sürətli inkişafı təhsil sistemində yenidən qurmalara səbəb olmuş, müəllimlərin funksiyaları və tədris metodları transformasiyaya uğramışdır. Məqalədə rəqəmsal savadlılıq, innovativ pedaqoji yanaşmalar, distant və hibrid təhsil modelləri çərçivəsində müəllimin yeni funksiyaları elmi əsaslarla təhlil edilir. Eyni zamanda Azərbaycan təhsil sistemində bu sahədə atılan addımlar da qiymətləndirilir və gələcək üçün tövsiyələr irəli sürülür.
Açar sözlər: rəqəmsal təhsil; müəllim; pedaqoji fəaliyyət;
texnologiya; distant təhsil; transformasiya
