Taleh Fərman oğlu Xəlilov

TƏHSİLDƏ STRATEGİYA VƏ STRATEJİ İDARƏETMƏ 

Xülasə. Bu məqalədə təhsildə strategiya və strateji idarəetmənin əhəmiyyəti, məqsədləri və funk­si­ya­la­rı təhlil edilir. Müasir dövrdə təhsil müəssisələrinin səmərəli fəaliyyəti üçün uzunmüddətli hədəflərin müəy­yənləşdirilməsi və bu hədəflərə çatmaq üçün sistemli yanaşmaların tətbiqi vacibdir. Strateji idarəetmə təh­sildə resursların düzgün planlaşdırılması, dəyişən mühitə adaptasiya və rəqabət qabiliyyətinin artırılması ba­xımından mühüm rol oynayır. Məqalədə həmçinin strateji planlaşdırmanın mərhələləri, maraqlı tərəflərin iş­tirakı və təhsilin keyfiyyətinə təsiri məsələləri də araşdırılmışdır. Araşdırma nəticəsində məlum olur ki, stra­teji yanaşmalar təhsilin idarə olunmasında innovativ yanaşmaların tətbiqinə və dayanıqlı inkişafın təmin olun­masına şərait yaradır.

Açar sözlər: təhsil, strategiya, strateji idarəetmə, planlaşdırma, təhsil siyasəti, innovasiya, keyfiyyət, inkişaf, təhsil müəssisəsi, rəhbərlik

Cild 92, №3 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI