Səlbi Ağamehdi qızı Abasova
ORAL PRAKSİSİN
TƏDQİQİ
Xülasə. Afazik pozulmalarla
yanaşı nitq aparatının hərəkət pozulmalarının sindromlarına artikulyasiyada
iştirak edən paretik, distonik və hiperkinetik əzələ pozulmaları da daxil ola
bilər. Bəzən xəstədə bu pozulmalar o qədər kəskin şəkildə ifadə olunur ki,
afazik və dizartrik nitq qüsurlarının birləşməsindən danışa bilərik. Digər
hallarda, parez, tonus pozulmaları və artikulyar əzələlərin hiperkinezi zəif nəzərə
çarpır və yalnız xüsusi funksional yükləmə şəraitində aşkar edilir. Bununla
birlikdə, bu simptomların zəif təzahürü, ümumiyyətlə nitq qüsurunun
strukturunda istisna edilmir. Buna görə də, bu cür pozulmalar həm diaqnostik, həm
də korreksiya işlərində müəyyənləşdirilməli və nəzərə alınmalıdır.
Açar
sözlər: afaziya, dizartriya, artikulyasiya, təzahür,
diaqnostika, korreksiya
