Məhərrəm Sabir oğlu Əliyev
GƏNCLƏR ARASINDA
SUİSİDAL RİSK AMİLLƏRİNİN PSİXOLOJİ TƏHLİLİ
Xülasə. Gənclər arasında
intihar hallarının olması aktual qlobal problemdir və onun göstəriciləri
müxtəlif cəmiyyətlərdə durmadan artır. Gənclik onu suisidal düşüncələrə və davranışa
qarşı xüsusilə həssas edən əhəmiyyətli psixoloji, emosional və sosial dəyişikliklərlə
xarakterizə olunan kritik dövrdür. Bu məqalədə gənclər arasında intiharın
riskinin psixoloji amilləri nəzərdən keçirilir, bu problemin anlaşılması və həlli
üçün hərtərəfli əsasın təmin edilməsi məqsədilə nəzəri perspektivlər və empirik
tədqiqatlar əlaqələndirilir.
Açar sözlər: intihar, intihar
enerjisi, gənclik yaşı, suisidal risk
amilləri, Qeyri-tarazlıq psixologiyası
