Rəna Nüsrəddin qızı Cəbrayılova
YENİYETMƏLƏRDƏ UĞUR ƏLDƏ ETMƏK ÜÇÜN MOTİVASİYANIN İNKİŞAF
ETDİRİLMƏSİNİN METOD VƏ VASİTƏLƏRİ
Xülasə. Elmi məqalədə
uğur əldə etmək üçün motivasiyanın inkişaf etdirilməsinin metod və vasitələri tədqiqi
edilir. Yeniyetmələrin uğur əldə etmək motivasiyasının yolları araşdırılır,
metod və vasitələri seçilir. Müəllifin fikrincə, yeniyetmələrdə uğur əldə etmək
üçün motivasiyanın formalaşmasına təsir edən digər mühüm amil emosiyalar və
hisslərdir. Onlar motivin gücünü və modallığını müəyyən edirlər.
Açar sözlər:
uğur əldə etmək
motivasiyası, özünüqiymətləndirmə, özünüdərk, sosial mühit, əməkdaşlıq
