Səriyyə Əkbər qızı İsazadə
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN YENİYETMƏLƏRİN EMOSİONAL-İRADİ SFERASININ KORREKSİYASI
Xülasə. Elmi məqalədə
valideyn himayəsindən məhrum olan yeniyetmələrin emosional-iradi sferasının
korreksiyası tədqiq edilmişdir. Müəllifin fikrincə, emosional-iradi sferası
inkişaf etməyən yeniyetmələrdə qeyri-sabitlik, fəaliyyətin zəif məqsədyönlülüyü,
diqqət yayınması, impulsivlik müşahidə olunur. Məhz buna görə də, korreksiya
işinin vaxtında aparılması yeniyetmələrin emosional-iradi sferasının
inkişafında mühüm rol oynayır. Məqalədə korreksiya işinin mərhələləri
ardıcıllıqla araşdırılmışdır.
Açar sözlər: iradi-emosional sfera, psixoemosional vəziyyət,
impulsivlik, emosional sabitlik, özünütənzimləmə
