Afaq Qulu qızı Alıyeva
TƏHSİL MÜHİTİNDƏ
ÖYRƏNMƏ MANEƏLƏRİ: DİQQƏT ƏSKİKLİYİ VƏ HİPERAKTİVLİK POZUNTUSU OLAN ŞAGİRDLƏRİN
AKADEMİK UĞURSUZLUQ SƏBƏBLƏRİ VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI
Xülasə. Müasir dövrdə təhsil sistemi yalnız
akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda şagirdlərin
sosial, emosional və psixoloji inkişafını da dəstəkləməyi hədəfləyir.
Bildiyimiz kimi müasir dövrdə, ekoloji problemlər, zərərli vərdişlər və irsi
amillərlə bağlı bəzi uşaqlar fiziki qüsurlarla dünyaya gəlir və ya belə hallar
sonradan baş verir. Belə uşaqlarla keyfiyyətli təlim prosesini həyata keçirmək
mümkün olmur. Lakin təhsil mühitində mövcud olan öyrənmə maneələri bu məqsədlərə
çatmağa mane olur. Öyrənmə maneələri şagirdlərin təlim nəticələrinə,
motivasiyasına və ümumi psixoloji sağlamlığına mənfi təsir edir.
Açar sözlər: təhsil mühiti,
öyrənmə maneələri, diqqət əskikliyi, hiperaktivlik pozuntusu, şagirdlər,
akademik uğursuzluq
