Nurəddin Emil oğlu Daşdəmirov
ÖZÜNÜMÜDAFİƏ BACARIQLARININ FORMALAŞDIRILMASI PROSESİNDƏ
ŞAGİRDLƏRİN PSİXOLOJİ HAZIRLIĞININ XÜSUSİYYƏTLƏRİ
Xülasə. Məqalədə qeyd edilir ki, uşaqların təhlükəsizliyinin
qorunması problemi hər zaman cəmiyyəti düşündürür. Müəllifin fikrincə, bu
problemin həlli yollarından biri, ən mühümü, məktəblilərin özünümüdafiə bacarıqlarını
formalaşdırmaq və inkişaf etdirməkdir. Qeyd edilir ki, onlar eksterimal şəraitdə
həyəcanlanmadan, çaşqınlıq göstərmədən vəziyyəti qiymətləndirməyi öyrənməlidirlər.
Bunun üçün məşqçilər hər bir məşq prosesində onları psixoloji cəhətdən
özünümüdafiəyə hazırlamalı və yalnız bundan sonra praktiki olaraq priyomların
öyrədilməsinə başlamaları daha yaxşı nəticələr əldə etməyə imkan verər.
Məqalədə özünümüdafiə bacarıqlarının
formalaşdırılması prosesində şagirdlərin psixoloji hazırlığının xüsusiyyətləri
aydınlaşdırılır və dəyərli tövsiyələr verilir.
Açar
sözlər: özünümüdafiə, psixoloji
hazırlıq, psixoloji davranış, aqressivlik, iradə tərbiyəsi, taktiki düşüncələr
