Xavərxanım Ağamehdi qızı Bakıxanova
SOSİO-EMOSİONAL KOMPETENSİYALAR: MÜASİR CƏMİYYƏTİN
TƏLƏBLƏRİ
Xülasə. Tarixə nəzər
saldıqda şahidi oluruq ki, hər bir dövrün cəmiyyətdən müəyyən gözləntiləri, tələbləri
mövcuddur. Günü-gündən müasirləşən, elm və texnologiyanın sürətlə
inkişaf etdiyi dövrdə təəccüblü haldır ki, emosional amillərə tələbat
artmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hsosio-emosional
kompetensiyaların diqqətə alınmaması ciddi problemlərlə nəticələnir.
Sosio-emosional kompetensiyalar dedikdə, əsasən insanların
emosiya və hislərini tanımaq, idarə etmək, digərləri ilə münasibətlər
yaratmaq, empatiya bacarığını inkişaf etdirmək və s. kimi amillər nəzərdə tutulur.
Qeyd etsək yanılmarıq ki, bu bacarıqlar müasir dövrümüzdə istənilən sferada
vacib rol oynayır. Müşahidələr zamanı məlum olmuşdur ki, sosio-emosional
kompetensiyalar təkcə insanların şəxsi inkişafında müsbət rol oynamır. Eyni
zamanda cəmiyyətin inkişafında da əhəmiyyətli fərqlər öz əksini tapır. Bu kimi
nüanslar son dövrlərdə sosio-emosional kompetensiyalara qarşı marağı
artırmışdır. Günü-gündə müasirləşən cəmiyyətimiz sosio-emosional
kompetensiyalardan əsas tələbi müasir dövrün tələbələrinə cavab verən müxtəlif
bacarıqlardır. Bu bacarıqlar vasitəsilə insanlar şəxsi, sosial və peşə
inkişafına asanlıqla yatırım edə bilsinlər. Bunlara emosional intellekt,
empatiya, ünsiyyət, problemlərin həlli və qərar vermə, stressi idarəetmə və s.
kimi bacarıqları nümunə göstərə bilərik.
Açar sözlər: müasir, sosio –
emosional kompetensiyalar, sosio-emosional öyrənmə, təhsil, inkişaf
