Hikmət Əbdül oğlu Əlizadə, Xalidə Rövşən qızı Hüseynzadə

AZƏRBAYCANDA TƏDQİQAT UNİVERSİTETLƏRİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ: ELMİ POTENSİALIN GÜCLƏNDİRİLMƏSİ

Xülasə. Müasir dövrdə ölkələrin sosial-iqtisadi inkişafında ali təhsilin, xüsusən də tədqiqat yönümlü uni­versitetlərin rolu sürətlə artır. Tədqiqat universitetləri yalnız tədris fəaliyyəti ilə məhdudlaşmayaraq, elmi təd­qiqatların aparılması və innovasiyaların tətbiqi baxımından cəmiyyətin inkişafına mühüm töhfə verir. Təd­qiqat universitetinə keçid üçün institusional, akademik və infrastruktur sahələrində müəyyən meyarlara ca­vab verilməsi xüsusi önəm kəsb edir. Azərbaycanda tədqiqat universitetlərinin inkişafı milli təhsil siya­sə­ti­nin prioritetlərindəndir və bu istiqamətdə əsas meyarlar kimi elmi nəşrlərin beynəlxalq indeksləşməsi, dok­to­ran­tura potensialı, qrant layihələrində iştirak və müasir tədqiqat infrastrukturunun mövcudluğu müəyyən olu­nub. Bu məqalədə tədqiqat universitetləri konsepsiyası, beynəlxalq təcrübə və milli siyasət yanaşmaları araş­dırılır, o cümlədən, bilik əsaslı iqtisadiyyatın qurulmasında bu universitetlərin əhəmiyyəti vurğulanır.

Açar sözlər: Azərbaycan, ali təhsil, tədqiqat universiteti, elmi potensial, innovasiya

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI