İlham Ağaqardaş oğlu Cavadov
TƏHSİLİN
KEYFİYYƏTİ: MƏKTƏBDAXİLİ İDARƏETMƏNİN YENİ PRİORİTETLƏRİ
Xülasə. Məqalədə müasir ümumtəhsil məktəbinin sosial tələblərə
cavab verən və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun şəkildə inkişaf edən
açıq sistem kimi rolu təhlil olunur. Buna görə də, təhsilin keyfiyyətinin
yüksəldilməsi idarəetmənin çevikliyi və maraqlı tərəflərin iştirakı ilə birbaşa
əlaqələndirilir. Eyni zamanda təhsilin keyfiyyətinin təmin olunması təhsil
sisteminin səmərəli idarə olunmasından, bu sahədə iştirakçılıq və çevik
yanaşmaların tətbiqindən birbaşa asılı olduğu qənaətinə gəlinmişdir.
Açar sözlər: təhsilin keyfiyyəti, şagird nailiyyəti,
keyfiyyət göstəriciləri, təhsil mühiti, məktəb idarəçiliyi
