Nigar Rəhman qızı Hüseynova

TƏHSİL SİSTEMİNİN İDARƏ EDİLMƏSİNDƏ TƏTBİQ OLUNAN İNNOVATİV MODELLƏR

Xülasə. Ölkə miqyasında idarəetmə innovasiyalarının səmərəliliyinin meyarları kimi şagirdlərin təd­ris-şəxsiyyət nailiyyətlərini şərtləndirən təhsil fəaliyyətinin keyfiyyətinin təmin edilməsinə istiqamətlənmək yax­şı olardı. Təhsil sisteminin idarə edilməsi səviyyəsində innovativ davranış strategiyası aktiv-öyrəşmədən aktiv-uyğunlaşmaya qədər dəyişdirilə bilər. Birinci halda idarə sistemi təhsilin daxilində dəyişikliyə doğru isti­qamətlənir, xarici, sosial, mədəni, hüquqi, iqtisadi mühitin dəyişikliklərinə uyğunlaşdırmağa yönəlir. İkin­ci halda idarə səviyyəsində innovasiya yalnız xarici mühitin tələbinə uyğun olaraq, təhsil sisteminin də­yi­şil­mə­sinə istiqamətlənmiş deyil, həm də təhsil məqsədlərinin həyata keçirilməsi üçün onun imkanlarından isti­fadə etmək məqsədilə təhsil üçün xarici mühitə təsir edir. Fəal-adaptasiyaedici innovasiya strategiyası cə­miy­yət­də dəyişilmənin yüksək sürətinə daha uyğundur. Təhsilin idarəetmə orqanları digər regional sistemlərə mü­nasibətdə sifarişçi sifətilə çıxış etdiyi zaman o, təhsildə dövlət siyasətinin həyata keçirilməsinin aparıcı üsu­lunu özü təmsil edir. Bununla da təhsil sistemi daxilində mühitin dəyişilməsi üçün şərait yaratmaqla təhsil üçün xarici mühitə məqsədyönlü təsir imkanları həyata keçirilir. Sistemli strategiya perspektivdə təhsil tələb­lərinin dəyişikliklərini proqnozlaşdırır, orta müddətli və daha uzaq perspektivə proqram-məqsədli plan­laş­dır­ma metodundan istifadə edir, bütövlükdə təhsili yenidən təşkil etməyə imkan verən prioritet həlqələri, his­sə­lə­ri müəyyənləşdirir, müxtəlif yeniliklər arasında əlaqəni, uzlaşmanı təmin edir.

Açar sözlər: innovativ yanaşmalar, təhsil, inkişaf, tədris prosesi

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI