Valeh Mahmud oğlu Məmmədov, Musa Tapdıq oğlu Rzayev
MODUL DAXİL OLAN BƏRABƏRSİZLİKLƏRİN ÖYRƏDİLMƏSİ
TƏCRÜBƏSİNDƏN
Xülasə. Məqalə məktəb riyaziyyat təliminin
“Cəbr və funksiyalar” məzmun xəttinə daxil olan bərabərsizliklər mövzusunu əhatə
edir. Modul daxilində bərabərsizliklərin həlli ilə əlaqədar məktəb müəllimləri
və şagirdləri müəyyən çətinliklərlə rastlaşırlar. Bu məqsədlə modul daxil bərabərsizliklərin
həlli yolları həm nəzəri həm də praktik cəhətdən geniş şəkildə şərh
edilmişdir. Digər tərəfdən məqalədə
buraxılış sinifləri və qəbul imtahanına hazırlaşan abituriyentlərin
riyaziyyatdan imtahanda qarşılaşdıqları modul daxil olan bərabərsizliklərin
həllinə aid bəzi çalışmaların həlli verilmişdir. İş təcrübəsində əldə olunmuş
nəticələrdən istifadə olunmuşdur.
Açar sözlər: modul,
bərabərsizlik, eynigüclü, standart, interval, üsul, çətinlik, dərəcə, çalışma,
tənlik, müsbət və mənfi, funksiya, ədəd oxu
