Aytən Fizuli qızı Kazımova

İŞGÜZAR İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ MƏDƏNİYYƏTLƏRARASI KOMMUNİKASİYA BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ

Xülasə. Müasir dünya kommersiya əlaqələrinin intensiv inkişafı, mədəni müxtəliflik və ölkələrarası kom­munikasiya ilə xarakterizə olunur. Beynəlxalq işgüzar ünsiyyət zamanı dil maneələrinin aradan qal­dı­rıl­ma­sı və mədəniyyətlərarası qarşılıqlı əlaqənin xüsusiyyətlərinin nəzərə alınması zərurəti meydana çıxır. Müa­sir dövrdə ingilis dili beynəlxalq işgüzar ünsiyyətin əsas vasitəsi kimi çıxış edir ki, bu da uğurlu kom­mu­ni­kasiya üçün müvafiq dil hazırlığının vacibliyini göstərir. Eyni zamanda, beynəlxalq biznesdə uğurlu əla­qə­lə­rin qurulması məqsədilə ingilis dilində fərdlərarası ünsiyyət bacarıqlarına yiyələnmək xüsusi əhəmiyyət kəsb edir. Bu məqalədə səmərəli mədəniyyətlərarası işgüzar ünsiyyətin formalaşma şərtləri, beynəlxalq iş­gü­zar ingilis dilinin istifadə xüsusiyyətləri, kommunikativ uğursuzluqların qarşısının alınması yolları, həmçinin ver­bal və qeyri-verbal ünsiyyətin təkmilləşdirilməsi və kommunikativ səhvlərin düzəldilməsi yolları araş­dı­rı­lır.

Açar sözlər: mədəniyyətlərarası ünsiyyət, işgüzar ingilis dili, beynəlxalq ünsiyyət, şifahi və şifahi olmayan ünsiyyət, ünsiyyət bacarıqları

Cild 92, №4 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI