Xumar Tofiq qızı Novruzova
UYĞUNLUQ VƏ FUNKSİYA ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİNDƏ İKT-NİN TƏTBİQİ
Xülasə. Məqalədə məktəblərdə və ali təhsil
müəssisələrində riyaziyyat dərslərinin keçirilməsi ilə bağlı məsələlər
araşdırılır. Riyaziyyatın əsas vəzifəsi praktika ilə bağlı məsələləri konkretləşdirmək
və sistemləşdirmək, onları ən səmərəli şəkildə həll etməkdir.
Uyğunluq və münasibət anlayışları riyaziyyatın formal
olaraq müəyyən edilə bilməyən vacib anlayışlarındandır. İstənilən riyazi nəzəriyyənin
verilməsi bəzi əsas anlayışların tərifsiz qəbul edilməsi ilə başlayır. Funksiya
anlayışının mahiyyətini izah etmək üçün biz əsas anlayış kimi qəbul etdiyimiz
çoxluq anlayışına istinad edirik. Məqalədə müasir riyaziyyatda çox vacib olan
funksional asılılığın mənasını anlamağa kömək edə biləcək praktik tapşırıqlar
verilmişdir. Məqalədə göstərilir ki, müasir riyaziyyat dərsi İKT alətlərindən,
xüsusən Geogebra, MathCad, Mathematica, MatLab və Maple riyazi paketlərindən
istifadə etməklə daha səmərəli formada təşkil edilə bilər.
Açar sözlər: riyaziyyat, cəbr, İKT, GeoGebra,
uyğunluq, funksiya
