Məhərrəm Sabir oğlu Əliyev
İNTİHARLARIN TƏSNİFATI PROBLEMİ: YANAŞMALAR VƏ
PERSPEKTİVLƏR
Xülasə. İntihar sosioloji,
psixoloji, bioloji və fəlsəfi yanaşmalar daxil olmaqla, müxtəlif aspektlərdən təsnif
edilən mürəkkəb və multidissiplinar hadisədir. İntiharın təsnifatı müxtəlif
sahələr üzrə tədqiqatçılara suisidin qarşısının alınması və ona müdaxilə
strategiyalarını təqdim etməklə, intiharın əsas səbəbləri və risk amillərini
anlamağa kömək edir. Bu məqalədə fərqli nəzəri yanaşmalara və empirik tədqiqatlara
söykənərək intiharın təsnifatı üçün müxtəlif yanaşmalar nəzərdən keçirilir. Suisidologiya
sahəsində ən tanınmış müəlliflərin (Е. Durkheim, K. Menninger, Edwin S.
Shneidman və b. kimi) intihar davranışı ilə bağlı təsnifatları təhlil edilir.
Açar sözlər:
intihar, təsnifat, fərdi intihar, kütləvi intihar, ritual intihar
