Günel İlqar qızı Məmmədova
YENİYETMƏLƏRİN
ÖZÜNÜQİYMƏTLƏNDİRMƏSİNİN GENDER XÜSUSİYYƏTLƏRİ VƏ ONUN TƏLİM FƏALİYYƏTİNƏ
TƏSİRİ
Xülasə. Elmi məqalədə yeniyetmələrin özünüqiymətləndirməsinin gender xüsusiyyətləri və onun təlim fəaliyyətinə təsiri araşdırılmışdır. Oğlan və qızların özünüqiymətləndirmələrindəki cinsi fərqlər öyrənilmiş və onların elmi izahı verilmişdir. Məqalədə yeniyetmələrin özünüqiymətləndirməsinin sabitliyində gender fərqlərinə təsir edən amillər və onların təlim fəaliyyətinə təsiri ardıcıllıqla tədqiq edilir. Müəllif qeyd edir ki, yeniyetmənin özününüqiymətləndirməsinə cins, həmyaşıdların müqayisəsi, ailə mühiti və akademik performans daxil olmaqla bir neçə faktor təsir edə bilər.
Açar sözlər: yeniyetmələr, özünüqiymətləndirmə, gender xüsusiyyətləri, təlim
fəaliyyəti, özünütəkmilləşdirmə
