Leyla Səfərbəyovna Dadaş-zadə
ÖZÜNÜTƏNZİMLƏMƏ PROSESİNDƏ KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN HƏYƏCAN HİSSİNİN ARADAN QALDIRILMASI
Xülasə. Elmi məqalədə özünütənzimlə
prosesində kiçik yaşlı məktəblilərin həyəcan hissinin aradan qaldırılması
yollarından bəhs edilir. Məqalədə özünütənzimləmə prosesinə müxtəlif
yanaşmalar, pedaqoq və psixoloqların fikirləri öz əksini tapmışdır. Müəllif
haqlı olaraq qeyd edir ki, özünütənzimləmə prosesi insanın fərdi inkişafı ilə
paralel olaraq inkişaf edir. Məqalədə özünütənzimləmə prosesində həyəcan
hissinin psixoloji xüsusiyyətləri açıqlanır, onun psixoloji vəziyyət şəklində
təzahür etdiyi xüsusi olaraq vurğulanır. Tədqiqatda aktuallıq kiçik yaşlı məktəblilərdə
özünütənzimləmə prosesində həyəcan hissinin aradan qaldırılması üçün daha
effektli metodlar axtarışına yönəlməsi ilə müəyyən olunur.
Açar
sözlər: kiçik yaşlı məktəblilər, özünütənzimləmə
prosesi, özünütəşkiletmə, həyəcan hissi, emosionallıq
