Turanə Fazil qızı İsmayılova
NECƏ ÖYRƏNMƏYİ ÖYRƏNMƏK: ÇƏTİN MÖVZULARI MƏNİMSƏMƏYƏ KÖMƏK EDƏCƏK GÜCLÜ ZEHNİ VASİTƏ
Xülasə. Bu məqalədə
müasir dövrdə "öyrənməyi öyrənmək" bacarığının əhəmiyyəti
vurğulanaraq, Azərbaycan tarixinin tədrisində bu bacarığın tələbələrdə idrak fəallığını
necə artırdığı araşdırılır. Fokuslanmış və yayğın düşüncə rejimləri, aralı təkrar,
parçalama və metabilik kimi zehni strategiyaların tətbiqi tələbələrin yadda
saxlama, tənqidi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirir. Bu
üsullar tarix fənnini sadəcə informasiyanın ötürülməsi vasitəsi kimi deyil,
eyni zamanda fəal öyrənmə və vətəndaşlıq tərbiyəsinin formalaşması üçün
platforma kimi təqdim edir. Məqalədə bu strategiyaların Azərbaycan tarixi dərslərində
tətbiq olunmasının tələbələrin həm akademik uğurlarına, həm də milli-mədəni
kimliklərinin formalaşmasına töhfə verdiyi göstərilir.
Açar sözlər: idrak fəallığı,
parçalama, metakoqnitiv bacarıqlar, tənqidi düşünmə, fəal öyrənmə, tələbə
motivasiyası, ömürboyu öyrənmə
