Xumar Tofiq qızı Novruzova
CƏBRİ MƏSƏLƏLƏRİN İKT VASİTƏSİLƏ MODELLƏŞDİRİLMƏSİ
Xülasə. İKT texnologiyalarının sürətli
inkişafı təhsil prosesinə də təsirsiz qala bilməzdi. Yeni təlim texnologiyalarının,
o cümlədən İKT-nin, süni intellektin tədris prosesinə gətirdiyi yeniliklərin həm
müsbət, həm də mənfi amillərini nəzərə almadan, onların pedaqoji prosesdə ənənəvi
metodlarla müqayisəsini aparmadan səmərəli nəticə əldə etmək mümkün deyil.
Buna görə də abstraktlaşmanın özünü ən çox büruzə verdiyi cəbr fənninin tədrisi
prosesində modelləşdirmənin əhəmiyyətini, rolunu, İKT vasitəsilə reallaşdırılmasını
aktual problem kimi nəzərdən keçirmək olar.
Açar sözlər: İKT, cəbr,
modelləşdirmə, MatLab, GeoGebra
