Kamal Kamalov
Açar sözlər: təhsil sistemi, islahatlar,
tədris prosesi, kadr hazırlığı, regionlarda təhsil, müəllim, ali məktəb,
inkişaf, tələbə
Kamal Sərvər oğlu Kamalov
ADPU-nun QUBA FİLİALI:
İNKİŞAFIN, DİQQƏT VƏ QAYĞININ BİRLƏŞDİYİ YER
Xülasə. Respublikamızın təhsil sistemində
aparılan islahatlar, bu sahədə beynəlxalq təcrübədən yararlanması öz
bəhrəsinin verməkdədir. Bu istiqamətdə qazanılan uğurlarda regionlarda
fəaliyyət göstərən ali təhsil müəssisələrinin də böyük rolu vardır. Məqalədə
də belə təhsil ocaqlarından biri – ADPU-nun Quba filialının zəngin
təcrübəsindən söhbət açılır, burada tədris prosesinin təşkilindən başlayaraq
beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən hərtərəfli fəaliyyətin əsas
istiqamətlərinə aydınlıq gətirilir.