Qalib Şərifov, Vaqif Fətullayev, Jalə Kərimova
Açar sözlər:
təhsildə strateji idarəetmə, liderlik, müəllim motivasiyası, məktəb
Qalib
Mövsüm oğlu Şərifov, Vaqif Tahir oğlu Fətullayev, Jalə Cəlil qızı Kərimova
ÜMUMTƏHSİL
MÜƏSSİSƏLƏRİNDƏ SƏMƏRƏLİ STRATEJİ İDARƏETMƏNİN
V-XI
SİNİF MÜƏLLİMLƏRİNİN TƏDRİS MOTİVASİYASINDA ROLU
Xülasə. Bu məqalə məktəblərdə
effektiv strateji idarəetmənin 5-11-ci sinif müəllimlərinin tədris motivasiyasında
necə bir rolu olduğunu araşdırmışdır. Tədqiqat müəllimlərin tədris prosesinə
daha motivasiyalı, şagirdlər üçün daha stimulativ tədris mühitinin
yaradılmasının və ən nəhayət, təhsil keyfiyyətinin artırılmasının mövcud
strateji idarəetmə prinsipləri ilə doğrudan əlaqəli olduğunu göstərmişdir.
Məqalə tədris motivasiyasının yüksəldilməsi və şagirdlərin öyrənmə prosesində
daha aktiv iştirakını təmin etmək üçün səmərəli idarəetmə tədbirlərini
müəllimlərin cavablarına əsasən təhlil etmişdir.