Elxan Bəylərov, Ayna Hümbətova
Açar sözlər: psixoloji xidmət, psixoloq, müəllim, şagird,
valideyn, direktor
Elxan Bəylər oğlu Bəylərov, Ayna
Abuş qızı Hümbətova
MƏKTƏBDƏ PSİXOLOJİ XİDMƏTİN
TƏŞKİLİ MƏSƏLƏLƏRİ
Xülasə. Təhsildə çətinliklərlə qarşılaşan şagirdlərin
intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini
öyrənmək, eləcə də sinifdə və qruplarda sosial-psixoloji mühiti təmin etmək məktəbdə
psixoloji xidmətin vəzifələrindən hesab olunur. Məqalədə psixoloqun məktəbdə
psixoloji işin, əlverişli psixoloji inkişafın mühitinin təşkili üçün
rəhbərlik, müəllim, şagird və valideynlərlə birgə fəaliyyətinin keyfiyyəti
tədqiq edilmişdir.