Solmaz Həsənli
Açar
sözlər: mobbinq, mobber, psixoloji xüsusiyyətlər, mobbinqin
səbəbləri, mobber tipləri.
Solmaz
Qüdrət qızı Həsənli
QURUMDA
MOBBİNQ TƏTBİQ EDƏN MOBBERİN
PSİXOLOJİ
XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ
Xülasə. Mobbinq – bütün əmək kollektivlərində baş verməsi mümkün olan bir
psixoloji təzyiq prosesidir. Hər hansı bir qurumda çalışan hər bir işçinin
mobbinq prosesinə daxil olma riski vardır. İş yerlərində mobbinqin baş
verməsinin konkret səbəbi yoxdur və mobbinqin meydana gəlməsinə bir çox səbəb
sayıla bilər. Mobbinqin əsas səbəblərindən biri mobberin və mobbinqə məruz
qalan insanın fərdi psixoloji xüsusiyyətləri və bu xüsusiyyətlərin mobbinq
probleminin yaranmasında əsas rol oynamasıdır. Bu baxımdan mobbinqdə rol
oynayan tərəflərin fərdi psixoloji xüsusiyyətlərinin araşdırılıb təhlil
edilməsi problemin mahiyyətinin daha dəqiq təhlilinə imkan yaradacaqdır.