Yeganə Əskərova
Açar sözlər: yeniyetmə, şüur, şəxsiyyət, özünüdərketmə,
özünüqiymətləndirmə, cəmiyyət, tərbiyə, ailə
Yeganə
Baxış qızı Əskərova
YENİYETMƏ YAŞLI
UŞAQLARDA MƏNLİK ŞÜURUNUN İNKİŞAFINDA
AİLƏNİN ROLU
Xülasə. Şüur insanın ətraf gerçəkliyə bələdləşməsinin subyektiv şərtidirsə,
özünüdərketmə öz şəxsiyyətinə, öz daxili aləminə bələdləşməsidir, başqa sözlə,
ilk növbədə isə özü haqqında biliklərin, təəssüratların dərkidir. Məhz özünüdərketmə
sayəsində insan özünü təbiətdən və insanlardan ayrı, fərdi gerçəklik kimi dərk
edir. Özünüdərketmənin əsas məzmunu bizim varlığımızda, öz “Mən” imizin təyin
oblastında əks olunmuşdur. Yeniyetməlik yaş dövründə özünüdərketmənin inkişaf
dinamikası o qədər aydın nəzərə çarpır ki, onun yeniyetmə şəxsiyyətinin
formalaşmasında rolunu qeyd etməmək mümkün deyil. Yenityetmənin mənlik şüurunun
formalaşması onun öz davranışının mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini
dərketməsi ilə başlayır. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil
etməyə və qiymətləndirməyə başlayır. Yeniyetmə özünün şəxsiyyətinin müstəqilliyini
qoruyub saxlamaqla refleksiya əsasında “mənlik şüurunu”, “mən obraz”, “real
ve ideal mən”in əlaqəsini formalaşdırır və inkişaf etdirirlər.