Sona Əliyeva

Açar sözlər: təfəkkür, tənqidilik, psixoloji cərəyan, keyfiyyət, şəxsiyyət, düşüncə

Sona İbrahim qızı Əliyeva

 

TƏFƏKKÜRÜN TƏNQİDİLİYİ MƏSƏLƏSİNƏ PSİXOLOJİ CƏRƏYANLAR

TƏRƏFİNDƏN YANAŞMA

Xülasə. Müasir psixologiyada ağlın müxtəlif keyfiyyətlərini fərqləndirirlər. Şəxsiyyətin təfəkkürünü fər­di-psixoloji aspektdən səciyyələndirmək üçün ağlın dərinliyi, genişliyi, çevikliyi, sürəti, müstəqilliyi, tən­qi­diliyi, məntiqiliyi və s. keyfiyyətlərdən istifadə olunur. Bu keyfiyyətlər insanı dəyərləndirən mühüm key­fiy­yətlər olub bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Son dərəcə böyük praktik əhəmiyyəti olan bu key­fiy­yət­lərin inkişaf səviyyəsinə görə insanlar bir-birindən fərqlənirlər. Təfəkkür problemi və onun tənqidilik xü­su­siyyəti psixologiya tarixində mövcud olan bir çox cərəyanlar tərəfindən öyrənilmişdir. Vyusburq məktəbi, as­sosianizm, geştaltpsixologiya və biheviorizm cərəyanının nümayəndələri təfəkkür problemi və onun tən­qi­di­lik xüsusiyyətinə fərqli yanaşmalar etmişlər.

Cild 91, №1 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI