Pəri Nağızadə
Açar sözlər: məktəb, öyrənmə mühiti, şagird, pedaqoq, tədris
Pəri Fəxrəddin qızı Nağızadə
MƏKTƏBDƏ POZİTİV
DƏSTƏKLƏYİCİ MÜHİTİN
TƏŞKİLİ ÜZRƏ
STRATEGİYALAR
Xülasə. Pozitiv dəstəkləyici öyrənmə mühitinin yaradılması
sinfi qarşılıqlı xoş münasibətlərin təşviq edən cəlbedici posterlərlə bəzəməkdən
daha çox şey tələb edir. Bu, şagird və məktəb heyətinin ehtiyaclarını müxtəlif
yollarla fərqli perspektivlərdən qavramağı, başa düşməyi və qarşılamağı tələb
edir.
Məsələn, aydın şəkildə müəyyən edilmiş sinif
qaydalarına malik olmaq, şagirdlərin onlardan nə gözlədiyini başa düşdüyü
sağlam öyrənmə mühitinin atmosferini təyin etməyə kömək edə bilər. Bu quruluşa
sahib olmaq uşaqları daha təhlükəsiz hiss etdirəcək, onların ehtiyaclarını
daha yaxşı anlamağa imkan verəcək, onların rifahını və psixoloji möhkəmliliyi
yüksəldəcək. Bu, ibtidai məktəb, orta məktəb və lisey də daxil olmaqla bütün
yaş və təhsil səviyyələrdə olan uşaqlara aiddir.