İlham Cavadov, Çingiz Baxşıyev, Jalə Kərimova

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ KEYFİYYƏT TƏMİNATI SİSTEMİNDƏ AVROPA STANDARTLARI VƏ TƏLİMATLARININ (ESG) TƏTBİQİNİN ƏHƏMİYYƏTİ

Xülasə. Keyfiyyət təminatı sahəsində beynəlxalq əməkdaşlıq Avropa Ali Təhsil Məkanı (AATM) ya­rat­mağı hədəfləyən Bolonya prosesinin mühüm elementlərindəndir. Bu işin həyata keçirilməsində əsas alət Av­ropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarıdır (ESG). 2015-ci il­də başlanılan Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məq­sə­di ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üzrə Tvinninq layihəsi ESG-nin Azər­baycan ali təhsilində tətbiq edilməsi imkanı verdi. Layihənin icbari nəticələrindən biri Azərbaycan ali tə­h­silində ESG-yə uyğun keyfiyyət təminatı üzrə standartların və təlimatların (AzST) hazırlanması və sə­nə­din üç ali təhsil müəssisəsində sınaqdan keçirilməsidir.

Açar sözlər: Avropa standartları, beynəlxalq əməkdaşlıq, keyfiyyət təminatı, təlimat

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI