Sevda Axundova

KOLLECLƏRDƏ İNNOVATİV FƏALİYYƏTİN TƏLİMİN KEYFİYYƏTİNƏ TƏSİRİ

Xülasə. Kolleclər çoxfunksiyalı təhsil müəssisələridir; belə ki, onlar yeni sosial-iqtisadi şəraitə ən çox uy­ğunlaşdırılmış, regional təhsil komplekslərinə mümkün qədər inteqrasiya olunan və bu günə qədər idarə­etmə problemləri müəyyən qədər araşdırılmış subbakalavr təhsil müəssisələri kimi çıxış edir. İnstitusional mis­siyaların dəyişməsinə baxmayaraq, pedaqojiyönlü kolleclərin əksəriyyəti Azərbaycanda gələcək uni­ver­sitet tələbələri üçün ilkin giriş qapısı hesab edilir. Bu müəssisələrin digər bir xüsusiyyəti də onların bağlı olduğu icmanın dəyişən və innovativ tələbatına cavab verməsi zəruriyyəti ilə əlaqədardır.

Açar sözlər: innovativ, kolleclər, idarə olunma, fəaliyyət, təlim, təhsil

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI