Fidan Nəsirova
İBTİDAİ SİNİFLƏRDƏ OYUNA
ƏSASLANAN TƏLİMİN ƏHƏMİYYƏTİ VƏ FORMALARI
Xülasə. İnkişaf etmiş dünyada, sürətli həyat, texnologiya təhsildə də
yeniliyi vacib edir. Bəzən öyrənmə prosesi şagirdlər üçün yorucu və maraqsız
görünür. Bu problem ibtidai siniflərdə xüsusilə mövcuddur. Müasir təhsil
kurikulumu ilə bağlı müzakirələrə şagirdlərin fəaliyyətləri, şagirdin tənqidi,
yaradıcı düşüncəsinin inkişafı, inamlı olması, gələcək iş sahələrində uğur
qazanması və necə öyrəndiyinə əmin olmaq üçün həll yolları daxil edilməlidir.
Rəqəmsal tədris proqramına keçidi araşdıran bir çox məktəblər qeyd olunan məsələləri
əsas götürərək müxtəlif həll yolları müəyyənləşdirirlər. Öyrənmə prosesini
oyunlarla dəstəkləmək belə həll yollarındandır. Artıq müasir təlimdə oyunlarla
öyrənmə çox önəmlidir.
Açar sözlər: ibtidai sinif, şagird, oyun əsaslı təlim, müasir təlim, motivasiya, təlim prosesi, intellektual səviyyə.