Leyla Sadıqova
MƏKTƏB MÜHİTİNDƏ ŞAGİRDLƏRDƏN İBARƏT KOLLEKTİVİN FORMALAŞDIRILMASININ
AKTUALLIĞI
Xülasə. Bu məqalə məktəb mühitində şagirdlərdən ibarət kollektivin formalaşdırılmasının
aktuallığını əsaslandırır. Şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla məktəb
kollektivinin inkişaf xüsusiyyətləri nəzərdən keçirilir. Peşəkar qabiliyyətlər,
bacarıqlar, habelə müəllimin pedaqoji obrazı siniflə birgə yaradıcı və səmərəli
fəaliyyətin müxtəlif formalarının təşkilinin səmərəli üsullarını əks etdirir. Şagird kollektivinin pedaqoji
idarə edilməsini hər bir şagirdin şəxsiyyətinin inkişafına yönəlmiş, şagird
kollektivində keyfiyyət dəyişiklikləri məqsədi ilə edilən pedaqoji təsir kimi
başa düşürük.
Şagird
kollektivinin ardıcıllığı özünüidarəetmə qabiliyyəti ilə ifadə olunur. Şagird
kollektivinin inkişaf mərhələlərindən keçməsinə əsaslanaraq, pedaqoji idarəetmə
dəyişikliklərə məruz qalmalıdır. Pedaqoji idarəetmənin səviyyəsi şagird
kollektivinin inkişaf səviyyəsinə uyğun olmalıdır. Təcrübədə kulminasiya
nöqtəsi pedaqoji idarəetmənin şagird kollektivinin özünüidarəsinə funksional
keçididir.
Açar sözlər: Kollektiv, şagirdlər, məktəb mühiti, müəllim, kollektiv fəaliyyət.