İsmət Məmmədova, Türkan Süleymanova

MONİTORİNQ VƏ ONUN TƏDRİS PROSESİNİN KEYFİYYƏTİNİN İDARƏ OLUNMASINDA ROLU

Xülasə. Müasir dövrümüzdə təhsil ən çox müzakirə edilən məsələlərdən biridir. Təhsilin keyfiyyətinin artı­rılması yolunda müxtəlif geniş addımlar atılır. Güclü rəqabət mühitində yaşadığımıza görə təhsil müəs­sisələrini bir-birindən fərqləndirən başlıca amillərdən biri onların verdiyi təhsilin keyfiyyəti ola bilər. Təhsil müəs­sisələrinin təhsildə keyfiyyətə daha çox müvəffəq olması üçün bu prosesdə əsaslı şəkildə iştirak edən kol­lektivə sahib olmalıdır. Hər bir təhsil müəssisəsi üçün keyfiyyətə nail olmaq bir amal olmalıdır. Key­fiy­yəti isə daim təkmilləşdirilən metodlarla idarə etmək lazımdır. Çünki hər bir müəssisə keyfiyyətli fəaliyyət üçün səy göstərməlidir ki, uzunmüddətli rəqabətə tab gətirə və gələcək inkişafını təmin edə bilsin.

Açar sözlər: təhsil müəssisəsi, keyfiyyət, monitorinq, idarəetmə, qiymətləndirmə

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI