Afaq Sadıqova

RUS DİLİNİN XARİCİ DİL KİMİ TƏDRİSİNDƏ AKTİV TƏLİM METODLARI

Xülasə. Məqalədə fəal təlim metodlarından və bu metodlardan tədris prosesində istifadənin səmə­rə­lil­i­yin­dən bəhs edilir. Dil materialının mənimsənilməsinə kömək edən fəal tədris metodlarından istifadə, eləcə də bir-biri ilə əlaqəli tədris metod və üsullarından istifadə təlimin kommunikativ yönümünü təmin edir və şa­girdlərdə nitq bacarıqlarını inkişaf etdirir. Fəal təlim metodları şagirdlərin yaradıcılıq qabiliyyətlərini və on­la­rın fəal idrak fəaliyyəti qabiliyyətini inkişaf etdirməyə kömək edir.

Açar sözlər: metod, təlim, tədris prosesi, kompetensiya, kommunikativ yönümlülük, kommunikasiya

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI