Gülnarə Əlixanova
VALİDEYNLƏRİNDƏN
PSİXOLOJİ ASILILIĞI OLAN YENİYETMƏLƏRƏ MƏXSUS “MƏN – OBRAZ”IN XÜSUSİYYƏTLƏRİ
Xülasə.
Valideyn – uşaq münasibətlərində psixoloji asılılığın tədqiqi hazırda çox
aktual mövzudur. Şəxsiyyətlərarası münasibətlər psixoloji asılılıq isə
emosional yaxınlıq prosesində vacib şəxs tərəfindən dəstək və müdafiə
prosesində müstəqil davranış qabiliyyətinin azalmasını ifadə edir. Bu problemin
ayrılmaz xüsusiyyətləri kimi özünə inamsızlıq, çarəsizlik, müdafiə və
dəstəklənmə, özünü təminetməyə və emosional yaxınlığa ehtiyac, sevgi və
qəbuletmə, mümkün imtinaetmə və tənhalıqla bağlı narahatlıq hissi və sairə qeyd
olunur. Valideyn - övlad münasibətlərində psixoloji asılılığın həddindən artıq
özünü göstərməsi müvafiq problemlərin təzahürünü ifadə edir. Bu da
özünüdərketmənin və şəxsiyyətin inkişaf xüsusiyyətlərində özünü göstərən təhrif
edilmiş şəxsi inkişafın göstəricisi onun "mən - obraz" məhsulu kimi
çıxış edə bilər.
Açar sözlər: özünüdərk, özünüqiymətləndirmə, şəxsiyyət, psixoloji asılılıq, neqativizm, yeniyetməlik dövrü