Kamilə Kazımova, Qərənfil Səmədzadə

UŞAQLIQ TRAVMALARININ ALEKSİTİMİYAYA TƏSİRİ

Xülasə. İstismar, laqeydlik və ya zorakılığa məruz qalma kimi təcrübələri əhatə edən uşaqlıq travması, hiss­ləri tanıma, anlama və ifadə etməkdə çətinliklərlə xarakterizə edilən bir vəziyyət olan aleksitimiyanın inki­şafı ilə sıx bağlıdır. Uşaqlıq travmalarının aleksitimiya üzərindəki təsirləri dərin və çoxşaxəlidir. Uşaqlıq döv­ründəki travmatik hadisələr çox vaxt emosional olaraq təzyiqə səbəb olur, insanın öz hisslərini müəyyən etmək və ifadə etmək qabiliyyətinə mane olur. Bu emosional təzyiq aleksitimik xüsusiyyətlərin ortaya çıx­ma­sına təsir edə bilir. Uşaqlıq travmasının aleksitimiyaya təsiri şəxsiyyətlərarası münasibətlərə və ümumi psi­xoloji sağlamlığa təsir göstərir, yetkinlik dövründə də davam edə bilir. Uşaqlıqdakı travmatik təcrübələr emo­sional tənzimləmə problemlərinə, daxili münaqişələrə və özünü qoruma mexanizmlərinin inkişafına mənfi təsir göstərir.

Açar sözlər: uşaqlıq travmaları, aleksitimiya, istismar, laqeydlik

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI