Aytən Alışanlı
PSİXOLOGİYADA EMOSİYA VƏ İNTELLEKTİN QARŞILIQLI ƏLAQƏSİ PROBLEMİ
Xülasə. Məqalədə emosiya və intellektin qarşılıqlı əlaqəsi probleminin psixologiyada elmi-nəzəri və praktiki əhəmiyyəti nəzərdən keçirilir. Psixologiyanın təşəkkül mərhələsindən bu günə kimi geniş bir tarixi dövr ərzində problemin tədqiqi prosesi əsaslı şəkildə izlənilir və təhlil olunur. Eyni zamanda psixoloji fikirdə “sosial intellekt”, “praktiki intellekt”, “emosional intellekt” anlayışlarının formalaşmasından, emosional intellektin müxtəlif modellərinin yaranmasından sonra koqnitiv və emosional-affektiv sferaların qarşılıqlı əlaqəsinin praktiki əhəmiyyəti ilə bağlı yeni yanaşma və konsepsiyaların mühüm məqamları, ümumi və fərqli tərəfləri üzə çıxarılır. Məqalədə problemin müasir dərki və qiymətləndirilməsi ilə bağlı aparılan təhlillərdə bir sıra psixi proseslərin izahında böyük əhəmiyyət kəsb edən məsələlərə xüsusi diqqət yetirilir.
Açar sözlər: emosiya, intellekt, emosional intellekt, sosial intellekt, praktiki intellekt