Günay Məmmədzadə

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BULLİNQ HALLARI VƏ ONUN ARADAN QALDIRILMASI PROBLEMİNİN ÜMUMPEDAQOJİ MƏSƏLƏLƏRİ

Xülasə. Məqalədə bullinqin nə olduğu, onun yaranma səbəbləri, bullinqin qarşısının alınması üçün atıla biləcək addımlar haqqında danışılır, məktəblərin bəlasına çevrilmiş bullinq hallarından bəhs olunaraq, bu haqda tədqiqat aparmış dünyanın bir sıra alimlərinin yanaşmalarına toxunulur. Burada bullinqin şagirdlərin həyatına göstərdiyi mənfi təsirlərə diqqət çəkilərək, Azərbaycan məktəblərində də geniş yayılmış bullinq hallarının nə kimi nəticələr yaratdığı vurğulanır və bu halların qarşısının necə alına biləcəyi araşdırılır. Tədqiqat işində ümumtəhsil məktəblərində bullinqin qarşısının alınmasında məktəb idarəçilərinin üzərinə düşən vəzifələr haqqında danışılarkən düzgün tərbiyə modelinin qurulması və maarifləndirmə məsələsi önə sürülür. 

Açar sözlər: məktəb, bullinq, buller, qurban, həll yolları, idarəçilik.

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI