Aynur Mahmudova
YENİYETMƏNİN TƏLİM FƏALİYYƏTİNDƏ KOQNİTİV PROSESLƏRİNİN İNKİŞAFI
Xülasə. Təlim prosesini sadəcə
olaraq yeniyetmələrə bilik, bacarıq və vərdişlərin aşılanması kimi xarakterizə
etmək problemə birtərəfli yanaşılmaqla nəticələnə bilər. Əsas vəzifə ondan
ibarətdir ki, müəllim təlim prosesində biliklərin mənimsənilməsinin yeniyetmə
üçün nə kimi əhəmiyyət kəsb etdiyini dərindən dərk edərək izah edə bilsin. Bu
əsasda təlimlə təhsilin məqsədlərinə uyğun gələn motivlərin təşəkkül və inkişafı
real zəmin üzərində qurulacaqdır.
Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlim
prosesində bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin özünəməxsus xüsusi
şəraiti mövcuddur. Məhz belə bir zəmində təlim fəaliyyəti ilə yanaşı digər
fəaliyyət növlərinin də şagirdin psixi inkişafına təsiri müəyyənləşdirilərək
təhlil edilir.
Açar sözlər: idrak, fəaliyyət, qavrama, hərəki komponentlər, təlim prosesi, yeniyetməlik dövrü