Səriyyə İsazadə

XÜSUSİ ÜMUMTƏHSİL İNTERNAT MƏKTƏBLƏRİNDƏ TƏRBİYƏ OLUNAN VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ YENİYETMƏLƏRİN ÜNSİYYƏTDƏ KOMMUNİKATİV ÇƏTİNLİKLƏRİ

Xülasə. Elmi məqalədə internat tipli uşaq müəssisələrində tərbiyə olunan, valideyn himayəsindən məhrum olmuş ünsiyyətdə kommunikativ çətinliyi olan yeniyetmələrin psixoloji xüsusiyyətləri ardıcıllıqla şərh edilmişdir. Psixi məhrumiyyət şəraitində yeniyetmələrdə müşahidə olunan ünsiyyət pozuntuları ardıcıllıqla göstərilmişdir. Məqalədə qeyd edilir ki, yeniyetmənin valideyn məhəbbətinə olan ehtiyaclarından məhrum olmasının ciddi nəticəsi həm də ontogenezin erkən mərhələlərində yaranaraq xüsusi ümumtəhsil internat məktəblərində yeniyetmənin şəxsiyyətinin sabit xüsusiyyətinə çevrilən özünəinam hissinin olmamasıdır. Məqalədə eksperiment qrupla nəzarət qruplarında yeniyetmələrin kommunikativ çətinlikləri müqayisəli şəkildə araşdırılmışdır.

Açar sözlər: xüsusi ümumtəhsil internat məktəbləri, valideyn himayəsindən məhrum olmuş yeniyetmələr, kommunikativ çətinliklər, ünsiyyət pozuntuları, refleksiya

Cild 91, №2 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI